“Gülşen və həyat yoldaşı Ozan Çolakoğlunun boşanma qərarı aldıqları iddia edilib”

İddialı səhnə geyimləri ilə tez-tez adı hallanan müğənni Gülşən və həyat yoldaşı Ozan Çolakoğlu haqqında iddia ortaya atılıb. Bu söz-söhbətdən sonra Gülşen və Ozan Çolakoğlu cəbhəsindən hansı açıqlamanın gələcəyi maraq doğurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə müxtəlif məkanlarda səhnəyə çıxan Gülşen geyimləri ilə diqqət çəkir. Eyni zamanda Gülşen və yoldaşının evliliklərində problem yaşadığı və boşanma qərarı aldıqlarına dair iddialar irəli sürülüb. Ozan Çolakoğlunun dostunun evində qalması da bu iddialara zəmin yaratmış olur. Lakin boşanma səbəbinin Gülşenin geyimi ilə əlaqəsinin olub-olmamasıyla bağlı bir məlumat yoxdur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...