Oğrular təmir üçün tökülən daşları oğurladılar

Oğrular təmir üçün tökülən daşları oğurladılar

Almaniyada oğrular yoldan səki daşlarını oğurlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Saksoniyanın Görlitz bölgəsindəki Zittau qəsəbəsində baş verən hadisədə oğrular yük qatar stansiyasından uçurum daşlarını söküb aparıblar.

Sökülən daşların dəyəri 9 min avro olduğu halda, yolun təmiri üçün təxminən 20 min avro xərcləmək lazımdır. Polis daşların oğurlandığı yoldan yük stansiyasında daşınma üçün istifadə edildiyini bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə