Çili sunami xəbərdarlığını ləğv edib

Çili sunami xəbərdarlığını ləğv edib

Çili Milli Fövqəladə Hallar İdarəsi sunami xəbərdarlığının ləğv edildiyini bildirib. Sunami xəbərdarlığı şənbə günündən etibarən ölkənin demək olar ki, bütün bölgələrində qüvvədə olub.

SİA-nın məlumatına görə, bu barədə İdarənin saytında qeyd olunub.

İdarədən bildiriblər: "Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti Arika-i-Parinakotadan Los Laqosa qədər bütün bölgələrdə, həmçinin ada ərazilərində və [Çili] Antarktidada ehtiyat rejiminin ləğv edildiyini elan edib".

Qeyd edək ki, yanvarın 15-də Çili hakimiyyət orqanları ölkənin altı rayonunda sunami təhlükəsinin "qırmızı" səviyyəsini elan edib və sahilyanı ərazilərdə evakuasiya əmri verib.

Bütün xəbərlər Facebook səhifəmizdə