Fransa polisi oğru gürcüləri saxlayıb

Fransa polisi oğru gürcüləri saxlayıb

Fransanın Drom departamentində polisin təsadüfi yoxlaması zamanı 2 nəfərin böyük həcmdə oğurluq etdiyi məlum olub.

SİA-nın məlumatına görə, polislər saxladıqları avtomobilin yük yerinə baxış keçirərkən oradan 80 qutu kərə yağı və külli miqdarda bahalı şokolad aşkara ediblər.

Polis idarəsində dindirmə zamanı saxlanan şəxsləri n Gürcüstan vətəndaşları olduğu üzə çıxıb. Müstəntiqlər bildiriblər ki, son vaxtlar departamentdə bu tip kiçik əşyaların oğurlanması geniş yayılıb.

Məhkəmənin qərarı ilə hər 2 gürcü barədə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə