Türkiyənin daxilində və xaricində terrorla mübarizə davam edir

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən şərhdə bildirilir...
Türkiyənin daxilində və xaricində terrorla mübarizə davam edir

İraqın şimalında bölücü terror təşkilatı PKK-nın 6 üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəyə təsirli və qərarlı şəkildə davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən şərhdə bildirilir: “İraqın şimalındakı “Pəncə kaplan” və “Pəncə şimşək” bölgələrində təsbit edilən 6 PKK terrorçusu atəş-dəstək vasitələri ilə zərərsizləşdirilib”.

Digər tərəfdən, Ədirnədə Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan, 4-ü PKK/KCK terror təşkilatının üzvü olmaqla 6 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə