Kısıklıdakı iqamətgahından sözügedən bərpa işlərinin sürdüyü sahəyə gedən ölkə başçısı görülən işlərlə tanış olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bərpa işləri davam edən, XIX əsrdə Sultan Əbdüləziz dövründə tikilmiş, tarixi polis məntəqəsi olan Divanxana binasında aparılan işlərlə maraqlanıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Kısıklıdakı iqamətgahından sözügedən bərpa işlərinin sürdüyü sahəyə gedən ölkə başçısı görülən işlərlə tanış olub.

R.T.Ərdoğanla birlikdə Mədəniyyət və turizm naziri Mehmet Nuru Ersoy, Prezident Aparatı İctimaiyyətlə Əlaqələr İdarəsinin başçısı Fəxrəddin Altun, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, İstanbul valisi Əli Yerlikaya və Beyoğlu Bələdiyyə sədri Heydər Əli Yıldız da sahəni gəziblər.

Bütün xəbərlər Facebook səhifəmizdə