Türkiyənin güclənməsi bütün qonşu ölkələrin xeyrinədir”

Sinopda görüşlər keçirən S.Soylu burada etdiyi çıxışında deyib...

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ölkənin son vaxtlar böyük uğurlara imza atdığını vurğulayaraq bu yüksəlişə bütün ölkələrin məətəl qaldığını söylədi.

SİA-nın əldə etdiyi məlumata görə, sinopda görüşlər keçirən S.Soylu burada etdiyi çıxışında deyib: “Türkiyə 21-ci əsrdə gözlənilməz bir inkişaf yolu tutdu. Bu yüksəlişə hər kəs məətəl qalır və bizə heyranlıqla baxırlar. Hamı Türkiyənin uzun illərdən bəri Azərbaycanla Ermənistan arasındakı Qarabağ məsələsinin həllində oynadığı rolundan, Liviyada, Şərqi Aralıq dənizində tarazlıqları dəyişdirən güclü addımlarından danışır.

İraq və Suriyanın terror təşkilatlarının məngənəsi altında olduğu bir dövrdə Türkiyə bütün təhdid və hücumlara qarşı dik durmağı bacarır.

Bir çox ölkə bizdən “Siz silahlı pilotsuz uçan aparatları (SİHA) necə istehsal edirsiniz? Bizə də verərsinizmi?” deyə soruşur.

Son zamanlar iqtisadiyyata fokuslanmışıq. Türkiyənin iqtisadi olaraq güclənməsi ətrafında olan bütün qonşu ölkələrin xeyrinədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə