Bayden sinaqoqda girov götürməni terror aktı adlandırıb

ABŞ Prezidenti Co Bayden Texas ştatındakı sinaqoqda insanların girov götürülməsini “terror aktı” kimi xarakterizə edib.

“Bu bir terror aktıdır”, - deyə Bayden jurnalistlərə bildirib.
SİA-nın xəbərinə görə, dövlət başçısı oxşar hadisələrin təkrarlanmaması üçün ədliyyə naziri Merrik Harlandla danışdığını da qeyd edib.

Qeyd edək ki, bu gün bir nəfər Texasdakı sinaqoqda 4 nəfəri girov götürüb. Xüsusi təyinatlılar girovları azad edərkən, girov götürəni güllələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə