Yaponiyada rekord sayda yoluxma halı qeydə alınıb

Yaponiyada gündəlik koronavirusa yoluxanların sayı 3 gün dalbadal 20 mini keçərək bu gün 25 min 65 nəfərə yüksəlib. SİA xarici mətbuata istinadən bildirir ki, Son günlər Covid-19-a yoluxma sayının artması ilə gündəmə gələn Yaponiyada 3 günə 20 mini keçib. Yaponiya Səhiyyə Nazirliyinin və yerli hökumətlərin məlumatlarına görə, bu gün ölkə daxilində 25,658 yoluxma halı təsdiqlənib. Son vəziyyətlə birlikdə Yaponiyada indiyə qədər qeydə alınan ümumi hadisələrin sayı 1 milyon 885 min 739-a yüksəlib, cəmi 18 min 445 adam həyatını itirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə