41 cəsəd oğurlanıb MORQLARDAN

Alma-Atada iğtişaş günlərində cinayətkarlar şəhərin meyitxanalarına yeddi dəfə hücum həyata keçirib, oradan 40-dan çox cəsədi oğurlayıblar. SİA xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Kanat Taimerdenov bildirib.

“Ölüləri də qoymadılar, yaralıları da özləri ilə apardılar, bu günlərdə morqlara 7 dəfə hücum olub, 41 cəsəd oğurlanıb”, deyə şəhər polis idarəsinin rəisi qeyd edib.

Xaırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1,3 mindən çoxu yaralanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...