Prezidentin sui-qəsdinin əsas fiqurlarından biri yaxalandı

Məlumatı Yamayka Milli Polisi yayıb

İyulun 7-də Haiti prezidenti Jovenel Moyz (Covenel Moise) sui-qəsdinin əsas fiqurlarından biri olan sabiq senator Con Coel Cozef (John Joel Joseph) Yamaykada yaxalanıb. Məlumatı Yamayka Milli Polisi yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, prezidentin ölümündən sonra Haiti Milli Polisinin rəisi Leon Çarlz (Leon Charles) C.C.Cozefin sui-qəsddə əsas oyunçulardan biri olduğunu, onun bu qrupu silahla təmin etdiyini və onlarla dəfələrlə görüşdüyünü bildirmişdi.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moyz iyulun 7-də Haitinin paytaxtı Port-o-Prensdəki (Port Au Prince) evində sui-qəsd nəticəsində dünyasını dəyişib. Hücum zamanı prezidentin həyat yoldaşı Martina Moyz (Martine Moise) isə yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə