Konqoda silahlı hücumda 11 nəfər öldürülüb

Konqo Demokratik Respublikasının İturi əyalətində baş verən hücum nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, hücum şənbədən bazara keçən gecə baş verib.

“İlkin məlumata görə, hücumçuların əli ilə 11 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb. Onlar Kokonyanq kəndində öldürülüb”, – Baboa-Bakoe rayonunun rəhbəri Cona Lemi Zorabo deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə