Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib

ABŞ-ın Kollivil şəhərində (Texas ştatı) sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib.

SİA "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Qreq Ebbort özünün "Twitter" səhifəsində yazıb.

"Dualar qəbul olundu. Bütün girovlar azaddırlar, onlar sağdırlar və onlara zərər dəyməyib", - deyə qubernator bildirib.

XXX

00:25

ABŞ-ın Texas ştatında silahlı şəxs sinaqoqda insanları girov götürüb.

SİA-nın məlumatına görə, bu barədə ABŞ KİV-ləri xəbər verib.

Məlumata əsasən, insident Kollivil şəhərində baş verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə