Finlandiya və İsveç NATO-ya bir gecədə qəbul edilə bilər

"Finlandiya və İsveçin NATO-ya qoşulması məsələsi tez bir zamanda həll oluna bilər, çünki onlar bunun üçün lazımi tələblərə cavab verirlər”.

SİA xəbər verir ki, bu fikri şənbə günü NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

O, əlavə edib ki, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etsəydilər, biz bu problemi bir gecədə həll edə bilərdik.

“Siz ertəsi gün təşkilata üzv ola bilərsiniz, çünki bütün tələb olunan meyarlara cavab verirsiniz”, - deyə Rasmussen hər iki ölkəyə xitabən vurğulayıb.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberq daha əvvəl də bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması çox sürətlə gedə bilər, yetər ki, bunu özləri istəsinlər. Onun sözlərinə görə, bu ölkələr demək olar ki, bütün sahələrdə NATO standartlarına cavab verirlər, çox yaxşı təşkil edilmiş və idarə olunan müdafiə və təhlükəsizlik institutlarına malikdirlər.

Cümə günü Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə öz növbəsində bildirib ki, Finlandiya hazırda NATO ilə bu alyansa üzvlüyünü müzakirə etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...