İsrail ABŞ-da sinaqoqda baş verən hadisəni yaxından izləyir

İsrail Dövlətinin Diaspor İşləri üzrə naziri Nachman Shai (Naxman Şey) ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni yaxından izlədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, nazir vəziyyətin tez bir zamanda həlli üçün dua etdiyi əlavə edib.

“Yəhudi icmasının Texas ştatının Kollivill şəhərində şənbə mərasimləri üçün toplaşdığı Bet-İsrail yığıncağındakı şəxslərin girov götürülməsi ilə bağlı vəziyyəti İsraildən yaxından izləyirəm”, – nazir tviterdə yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə