“Taliban” Çindən dünyada tanınmasına kömək istəyib

“Taliban” Çini hakimiyyətinin dünyada tanınmasına kömək etməyə çağırıb.

SİA xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Həqqani Çinin Kabildəki səfiri Vanq Yu ilə keçirdiyi görüşdə bildirib.

Vanq Yu qeyd edib ki, Çin Əfqanıstana humanitar yardım göstərməkdə davam edir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət əfqanlara öz seçdikləri hökuməti formalaşdırmağa icazə verməli və ABŞ Əfqanıstandakı humanitar böhrana görə məsuliyyəti öz üzərinə götürməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə