İranın ali liderinin hesablarından biri həmişəlik bloklanıb

“Twitter” şirkəti İranın ali rəhbəri Seyid Əli Xameneinin hesablarından birini ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı video paylaşdıqdan sonra bloklayıb.

SİA xəbər verir ki, bu barədə “İran İnternational” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şirkət Seyid Əli Xameneinin hesablarından birini həmişəlik bağlayıb. Videoda İranın pilotsuz uçan aparatı general Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampı vurur.

Bütün xəbərlər Facebook səhifəmizdə