Fransada etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib

Fransada sanitar buraxılışlara qarşı keçirilən etiraz aksiyalarında 54 mindən çox insan iştirak edib.

SİA xəbər verir ki, bu barədə "Agence France Presse" agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, ölkənin müxtəlif hissələrində 170 etiraz aksiyası keçirilib.

Paytaxt Parisdə keçirilən aksiyalarda 7 min nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə