Türkiyədə PCR testi tələbi ləğv edildi

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Türkiyədə son 180 gün ərzində “Covid-19” keçirməyən, peyvənd olunmayan və ya peyvənd dozası tamamlanmayan şəxslər üçün təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə səyahət etməzdən əvvəl PCR testi tələbi ləğv edildi. Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Hava Yolları aviaşirkətindən də məlumat verilərək bildirilib ki, bu hava yolu ilə ölkədaxili səyahət edənlərdən PCR testi tələbi edilməyəcək.

Ölkə üzrə qadağanın aradan qaldırılması ilə bağlı qərar, eyni zamanda, kino, teatr, konsert zallarına da şamil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə