Ermənistanın müdafiə naziri keçmiş mətbuat katibi ilə evlənir

Ermənistanın müdafiə naziri keçmiş mətbuat katibi ilə evlənir

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri, baş nazirin keçmiş müavini, ərazi inkişafı və infrastrukturun keçmiş naziri Suren Papikyan evlənməyə hazırlaşır.

SİA xəbər verir ki, bu barədə “Aravot” qəzeti yazıb.

Bildirilib ki, toy yanvarın 22-nə planlaşdırılıb və “Firon” restoran kompleksində baş tutacaq.

Nazirin gələcək həyat yoldaşı hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir. Əvvəllər o, Papikyan başqa idarənin rəisi olanda onun mətbuat katibi vəzifəsində çalışıb.

Qəzet yazır ki, toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

Nazirin gələcək həyat yoldaşı Armine Muradyandır.

Papikyanın şöbə müdiri olduğu dövrdə o, ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə