Bir neçə min insan bu il ilk dəfə COVİD sertifikatlarına etiraz olaraq Lateranoda San Covanni Roma Bazilikasının yaxınlığında geniş ərazidə toplaşıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti-nin yerli müxbiri məlumat verib.
Məlumata görə, tədbirin təşkilatçıları meydana gələnlərdən bir-birləri arasında təhlükəsiz məsafə saxlamaq üçün əyləşmələrini xahiş edirlər. Yanvar ayına uyğun olmayan isti günəşin şüaları altında, başlamazdan əvvəl mitinqdə piknik olub, etirazçılar da ümumən dinc əhval-ruhiyyədə olublar. Lakin geniş meydan belə tam oturaq aksiya keçirmək üçün kifayət etmədiyindən meydana bir az sonra gələnlər ayaq üstə qalmaq məcburiyyətində qalıblar.
Nümayiş, “Həqiqət Azadlıqdır” təşəbbüsü altında birləşən onlarla kiçik təşkilat və hərəkat tərəfindən təşkil olunub. Aksiya iştirakçıları həmin yerə, “diktatura” əleyhinə şüarlar yazılmış plakatlar gətiriblər. Bannerlər arasında “Yaşıl keçidin altına girməyənlərin cəzası aclıq, ölümdür”, “Qanun kölgəsində baş verəndən daha pis zülm yoxdur”, “jurnalistlər yalan danışır” şüarlarını görmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB