Sunami baş verib YAPONİYA SAHİLLƏRİNDƏ

Sunami baş verib YAPONİYA SAHİLLƏRİNDƏ

Polineziyanın Tonqa əyalətində vulkan püskürməsi nəticəsində yaranan sunami Yaponiya sahillərini bürüyüb. SİA xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl Yaponiya Meteorologiya İdarəsi Yaponiyada hündürlüyü üç metrə çatan sunami təhlükəsinin elan edildiyini bildirmişdi. İdarənin proqnozuna görə, Yaponiyanın Sakit okeandakı Amami və Tokara adaları üçün təhlükə xəbərdarlığı qüvvədədir. Qeyd olunub ki, hündürlüyü bir metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərinə yetişə, Kaqosima prefekturasının qərb hissəsində isə dalğanın hündürlüyü 0,2 metrə çata bilər.

Nəşrin məlumatına görə, dalğalar xəbərdarlıqdan bir neçə dəqiqə sonra Yaponiya sahillərinə çatıb.

"Sahilboyu ərazilərdə - Tohokudan Okinavaya qədər sunami dalğalarının gəlməsi təsdiqlənib", deyə nəşr yazır.
Dalğaların hündürlüyü barədə məlumat verilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə