“Önder Öztarhan Aslı Enver ilə sevgi yaşadığını etiraf edib”

“Önder Öztarhan Aslı Enver ilə sevgi yaşadığını etiraf edib”

Türkiyəli aktrisa Aslı Enver Önder Öztarhan ilə bir müddətdir sevgi yaşayır. Cütlük münasibətlərini sirr kimi gizlətməyə çalışsalar da keçdiyimiz günlərdə Enverin maşını Öztarhanın evinin qarşısında görülmüşdü. Bunun ardından isə Öndər Öztarhandan etiraf gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir aydır birlikdə olduqları iddia edilən cütlüyün evdə görüşdükləri və münasibətlərini gizlətdikləri xəbəri verilmişdi. Dost ortamında tanış olan cütlüyün münasibətlərinin dostları tərəfindən verilən məlumatda çox yaxşı olduğu da bildirilib. Hətta bir münasibətləri olduğunu Önder Öztarhan belə etiraf edib. O “hələlik hər şey yolundadır, biz yaxşıyıq. Hər şey ilk görüşdə oldu” sözlərini deyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə