Covid-19 tədbirləri çərçivəsində İtaliyada hökumətin polisə payladığı maskaların bəzilərinin çəhrayı olduğu ortaya çıxanda polis həmkarlar ittifaqı bu rəngin vəzifələrinə uyğun olmadığını əsas gətirərək üsyan edib. SİA xarici mətbuata istinadən bildirir ki, hökumətin pandemiya idarəsinə təyin etdiyi xüsusi komissar tərəfindən bütün dövlət işçilərinə göndərilən Ffp2 tipli maskaların bəzilərinin çəhrayı rəngdə olduğu ortaya çıxıb.
Xəstəxanalara və məktəblərə, eləcə də polis qüvvələrinə göndərilən çəhrayı maskalara piloslər etiraz edib. Polis məmurlarının həmkarlar ittifaqı polis rəisi Lamberto Gianniniyə ərizə yazaraq, çəhrayı maskaların polis formasının ciddiliyini və vəzifənin tələb etdiyi səlahiyyəti təhlükə altına atdığını iddia etdi. İttifaqın baş katibi Stefano Paolini polislərə dərhal formalarına uyğun ağ, mavi və ya qara maskalar göndərilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB