Pişik qəzaya səbəb oldu

Türkiyədə yolda pişiyi vurmamaq üçün sürücünün dəmir baryerlərə çırpılması nəticəsində baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza axşam 19.45 radələrində baş verib.

Verilən məlumata görə qarşısına çıxan pişi vurmamaq üçün sükanın istiqamətini dəyişdikdən sonra, avtomobil dəmir baryerlərə çırpılaraq tərsinə çevrilib. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə