Həyat yoldaşı ona sürpriz etmək istədi, lakin təyyarə qəzaya uğradı

Həyat yoldaşı ona sürpriz etmək istədi, lakin təyyarə qəzaya uğradı

Rusiyanın Altay vilayətinin Starobelokurix kəndi yaxınlığında “Aeroprakt A-22” tipli təyyarə qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları təyyarənin qalıqlarının tapıldığı əraziyə gələrək ağır yaralı pilot Sergey Zuravlev və sərnişin Anton Naqornini təyyarədən çıxararaq xəstəxanaya aparıblar.

Qəzada yaralanan qadının mətbuata verdiyi məlumata görə, ad günündə həyat yoldaşı pilotla razılaşaraq ona sürpriz etmək istəyiblər. Təyyarə havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Naqorninin həyat yoldaşı ərinin vəziyyətinin ağır olduğunu bildirib və bildirib ki, ərinin ayaqlarında və ombasında sınıqlar var.

Xəstəxanadan verilən açıqlamada isə pilot Zuravlevin huşsuz olduğu və bədənində çoxsaylı sınıqların olduğu bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyi uçuş üçün rəsmi icazənin alındığını bildirərək, qəza ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə