Cinsi zorakılıq iddiasında mühakimə olunacaq şahzadə Endryu Britaniya kral ailəsindən qovuldu. Kraliça adının çirkli olmasını istəməyən qardaşı Şahzadə Çarlz və qardaşı oğlu Şahzadə Uilyamın xahişi ilə Kraliça oğlu Endryunun səlahiyyətlərinə son qoyub. SİA xarici mətbuata istinadən bildirir ki, İngiltərə kraliçası Elizabet oğlu Şahzadə Endryu bütün hərbi və kral himayəsindən məhrum edib.
2001-ci ildə azyaşlı olarkən Virciniya Robertsi cinsi istismara məruz qoymaqda ittiham olunan Endryu məhkəmə qarşısına çıxacaq. Bundan sonra kral ailəsi qərara gəldi ki, Endryu artıq ictimai tədbirlərdə iştirak edə bilməz. Endryuya fərdi vətəndaş statusu verildi. Taxtın bir nömrəli varisi olan böyük qardaşı Şahzadə Çarlz və ikinci varis olan qardaşı oğlu Şahzadə Uilyam bu qərarı verməkdə təsirli oldular. “Monarxiyanın davamlılığı ailədəki hər kəsdən üstündür” deyən Çarlz və Uilyam kraliçanı bu səbəblə razı salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB