ABŞ-da yük qatarları qarət edildi

ABŞ-da yük qatarları qarət edildi

ABŞ-ın Los-Anceles şəhərindən keçən “Union Pasific” qatarı şəhərin mərkəzində sürəti azaltdığı zaman oğrular tərəfindən qarət edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Los-Ancelesdə yük daşıyan “Union Pacific” qatarı həmişə oğruların hədəfində olur.

Yük qatarı şəhərin mərkəzindən sürəti azaldıqca oğrular vaqonlara minir, tapdıqları hər şeyi oğurlayır və yenidən boş yeşiklərlə yerinə qoyurlar. Ölkənin hər bölgəsinə gedən yüklər arasında Amazon, REI kimi dünyaca məşhur mağazaların yük paketləri də var.

Qeyd edək ki, “Union Pacific” qatarının qıfıllarını kəsməyin çox asan olduğu və bu vəziyyətin oğruların işini asanlaşdırdığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə