Küveytin ən böyük neft emalı zavodunda yanğın olub

Küveytin ən böyük neft emalı zavodunda yanğın qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Milli Neft Korporasiyası tviter səhifəsində bildirib.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yeddi nəfər xəstəxanaya çatdırılıb, onlardan beşinə ağır, ikisinə isə orta dərəcəli yanıq xəsarətləri diaqnozları qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə