Hava limanı sərnişinlərin tranzitini qadağan edəcək 150 ÖLKƏ VƏ BÖLGƏDƏN

Hava limanı sərnişinlərin tranzitini qadağan edəcək 150 ÖLKƏ VƏ BÖLGƏDƏN

Yanvarın 16-dan etibarən Honq Konq Beynəlxalq Hava Limanı COVİD-19 riski yüksək olan yerlərdən, ümumilikdə 150 ölkə və regiondan gələn hava sərnişinlərinin tranzitini bir ay müddətinə dayandıracaq. SİA xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında yer alan məlumatda qeyd olunur.

“COVID-19-un yüksək yoluxucu Omikron ştammının yayılmasına nəzarət məqsədi ilə 2022-ci il yanvarın 16-dan fevralın 15-dək A qrupu ölkələrinə və regionlarına səfər etmiş hər kəs üçün Honq-Konq Beynəlxalq Hava Limanı vasitəsilə sərnişin daşımaları və tranzit dayandırılacaq”, deyə məlumatda bildirilir.

Diqqətə çatdıraq ki, hazırda “A qrupuna” Rusiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Yaponiya, Hindistan, Ukrayna, Qazaxıstan, Belarus daxil olmaqla 150-dən çox ölkə və region daxildir.

Xatırladaq ki, yanvarın əvvəlində Honq-Konqun baş icraçı direktoru Kerri Lam mətbuat konfransı zamanı Honq-Konqun “COVİD-19-un yeni epidemiyası astanasında” olduğunu söyləyib. Honq-Konqda pandemiya başlayandan bəri 12 829 COVİD-19 yoluxma hadisəsi müəyyən edilib, 213 nəfər ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə