İnternet kəsilib BİR NEÇƏ SAAT

Cümə günü səhər bəzi əsas Kareya Xalq Demokratik Respublikası (KXDR) serverləri ehtimal olunan DDoS hücumu nəticəsində bir neçə saat ərzində sıradan çıxıb. SİA xəbər verir ki, bu barədə “NK News” n’.ri m’lumat yayıb.

Nəşrin məlumatına görə, mühüm serverlər olmadığı üçün bəzi internet saytları və poçt xidmətləri fəaliyyətini dayandırıb. Nəticədə “Şimali Koreya bir neçə saat internetdən məhrum olub, internet kəsilib”.

Kibertəhlükəsizlik üzrə tədqiqatçı Junade Ali-nin sözlərinə görə, sübutlar “Şimali Koreyanın İT infrastrukturunun DDoS hücumuna məruz qaldığını” göstərir.

Nəşr bu məlumatı KXDR-dən naməlum mərminin buraxılması ilə bağlı xəbərlərin ortaya çıxmasından bir qədər əvvəl dərc edib. Bu hadisələrin əlaqəli olub-olmadığı bilinmir.

Xatırladaq ki, bir qədər əvvəl “Yonhap” Agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat vermişdi ki, KXDR şərq istiqamətinə naməlum mərmi atıb. Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın mümkün raket buraxılışı ilə bağlı xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə