Suriyada terror aktı törədilib, ölən və yaralanan var

Suriyada terror aktı törədilib, ölən və yaralanan var

Suriyada terror aktı törədilib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə ölkənin şimalındakı Aazaz yaşayış məntəqəsində qeydə alınıb. Terrorçuların dayanacaqdakı avtomobildə yerləşdirdikləri partlayıcı qurğunu işə salmaları nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Partlayış zamanı yaxınlıqdakı mülki obyektlərə də ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə