ABŞ Prezidenti Cozef Baydenin reytinqi 33 faizə düşüb.
Cozef Baydenin reytinqi azalıb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) aparılan sorğu nəticəsində məlum olub ki, ictimaiyyətin yalnız üçdə biri prezident Cozef Baydenin fəaliyyətindən razıdır.

SİA xəbər verir ki, Quinnipiac Universiteti tərəfindən aparılan sorğuda, Baydenə ictimai dəstəyin azalmasının davam etdiyi müşahidə olunub. Respondentlərin 33 faiz Baydenin prezident vəzifəsini icrasına dair çıxışını bəyəndiklərini bildirib.

Sorğuda iştirak edənlər arasındaki demokratların isə 75 faiz Baydenin fəaliyyətindən razı qaldığını bildirsə də, müstəqil seçicilərin ancaq 25 faiz prezident haqqında müsbət münasibət bildirib. İştirakçıların 57 faiz Baydenin iqtisadi göstəricilərindən, 54 faiz xarici siyasətindən, 55faiz isə yeni növ koronavirusa (Covid-19) əleyhinə mübarizəsindən razı olmadığını ifadə edib.

Bayden administrasiyası son zamanlarda benzinin bahalanması, inflyasiya nisbətinin son 39 ilin ən yüksək seviyyəsinə çatması, Covid-19 hadisələrinin artmaqda davam etməsi kimi əsas problemlərə görə tənqidlərə məruz qalır və ictimai dəstəyi isə hər keçən gün azalır.

Bütün xəbərlər Facebook səhifəmizdə