İbrahim Rəisi: “İrandan neft ixracı 40 faiz artıb”

İbrahim Rəisi: “İrandan neft ixracı 40 faiz artıb”

İrandan neft ixracı 2021-ci ilin avqustundan bugünədək 40 faiz artıb.

SİA xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Qum şəhərində videokonfrans vasitəsilə iştirak etdiyi toplantıda bildirib.

“İranın neft ixracı o həddə çatıb ki, biz bundan artıq narahat deyilik. Hazırkı administrasiya dövründə İran neftinin ixracı 40 faiz artıb və neftdən gələn gəlirlər ölkəyə qayıdır”, - Prezident qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə