ABŞ-da göydələnlər günəş enerjisi istehsalında istifadə olunacaq

ABŞ-da göydələnlər günəş enerjisi istehsalında istifadə olunacaq

ABŞ-ın “Ubiquitous Energy” şirkəti binaları ekoloji təmiz enerji ilə təmin edə biləcək "yaşıl" pəncərələrin yaradılması layihəsi üçün maliyyə vəsaiti alıb.

SİA-nın əldə etdiyi məlumata görə,şirkət investorlardan 70 milyon dollar alıb.

Ubiquitous Energy innovativ yaşıl enerji istehsalı vasitəsilə planeti qlobal istiləşmədən xilas etmək işinə göhvə vermək niyyətindədir.

Belə ki, şirkət göydələnləri enerji ilə təmin etmək üçün şəhər binalarının pəncərələrini günəş enerjisini elektrik enerjisinə çevirə bilən əlavə təbəqə ilə örtməyi planlaşdırır. Bu təbəqənin qalınlığı cəmi bir neçə nanometrdir və kiçik naqillər bütün sistemi elektrik cihazlarına bağlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə