ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə görüşüb

ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə görüşüb

Pentaqon rəhbəri Lloyd Ostin cümə axşamı Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə telefonda Kiyevə hərbi yardım göstərmək üçün səyləri müzakirə edib.

SİA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin yazılı açıqlamasında bildirilib.

“İki ölkənin müdafiə nazirləri Rusiyanın Ukrayna və onun ətrafında davam edən və səbəbsiz hərbi güclənməsini müzakirə ediblər. Nazir Ostin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, o cümlədən hərbi yardım göstərmək yolu ilə Ukrayna ordusunun potensialını artırmaq üçün davamlı səylərin ediləcəyini təsdiqləyib.
Həmçinin, Ostin və Reznikov gərginliyin azaldılması üçün diplomatik səyləri dəstəklədiklərini ifadə ediblər və sıx koordinasiyanı davam etdirməyə söz veriblər”, deyə açıqlamada vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə