Azezdǝ bombalı hücum, ölǝn vǝ yaralanan var

Mǝlumata görǝ, hücum minalanmış avtomobil ilǝ törǝdilib.
Azezdǝ bombalı hücum, ölǝn vǝ yaralanan var

Suriyanın şimalındakı Azez qǝsǝbǝsindǝ törǝdilǝn bombalı hücum nǝticǝsindǝ bir nǝfǝr ölüb, bir nǝfǝr dǝ yaralanıb.

SİA əldə etdiyi məlumata görə xəbər verir ki, hücum minalanmış avtomobil ilǝ törǝdilib.

Hücum nǝticǝsindǝ xǝsarǝt alan şǝxs xǝstǝxanaya yerlǝşdirilib. Bölgǝdǝki tikililǝrǝ ciddi ziyan dǝydiyi qeyd olunub.

Faktla bağlı araşdırma aparan tǝhlükǝsizlik qüvvǝlǝri hücumun terror tǝşkilatı YPG/PKK tǝrǝfindǝn törǝdilmiş ola bilǝcǝyini istisna etmǝyib.

Bütün xəbərlər Facebook səhifəmizdə