BNN Bloonberg telekanalının yaydığı mǝlumata görǝ, paytaxt Sofiadakı parlament binasının qarşısında keçirilən etiraz aksiyasına yüzlərlə adam qatılıb.
Bolqarıstanın paytaxtı Sofiada yeni növ koronavirusla bağlı görülǝn tǝdbirlǝrlǝ ǝlaqǝdar keçirilǝn etiraz aksiyasında qarşıdurma yaşanıb.
SİA əldə etdiyi məlumata görə xəbər verir ki, paytaxt Sofiadakı parlament binasının qarşısında keçirilən etiraz aksiyasına yüzlərlə adam qatılıb.
Xəbərdə bildirilib ki, aksiya zamanı hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında qarşıdurma olub. Etirazçıların parlament binasına daxil olmasına mane olmağa çalışan 4 polis ǝmǝkdaşının yaralandığı vurğulanıb.
Xəbərdə həmçinin aksiya zamanı bir nümayişçinin dǝ saxlanıldığı qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB