İranın orbitə göndərdiyi peyk daşıyıcısının sınaqları uğurlu olub
İran orbitə peyk daşıyan raketlər sahəsində uğurlu sınaq həyata keçirib
SİA-nın məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) aviasiya qoşumları komandanı Əmirəli Hacizadə Qum şəhərində alimlərlə görüşündə deyib.
“Sınaq zamanı peyk daşıyan raketlər bərk yanacaqdan istifadə edilməklə orbitə buraxılıb. İki il idi ki, testlər olunurdu və ilk dəfə bu yanacaq sınaqdan uğurla keçdi”, deyə komandan bildirib.
Qeyd edək ki, ötən iki ildə İran peykləri maye yanacaqla çalışan mühərrikli raketlərlə orbitə buraxırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB