Liviya Baş naziri haqqındakı iddiaları tǝkzib edib

Liviya Baş naziri haqqındakı iddiaları tǝkzib edib

Liviya Baş naziri Abdulhǝmit Dibeybe İordaniyada israilli rǝsmilǝrlǝ görüşdüyünǝ dair yayılan xǝbǝrlǝri tǝkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, Sǝudiyyǝ Әrǝbistanının Әl-Arabiya Әl-Hadath telekanalı Abdulhǝmit Dibeybenin İordaniyanın paytaxtı Әmmanda israilli rǝsmilǝrlǝ bir araya gǝldiyi ilǝ bağlı xǝbǝr yayıb.

Mǝsǝlǝ ilǝ bağlı Liviyada ‘‘Hökumǝtimiz’’ adlı rǝsmi platformada bǝyanat verilib. Bǝyanatda deyilir: ‘‘Abdulhǝmit Dibeybe israilli rǝsmilǝrlǝ görüşdüyünǝ dair yayılan xǝbǝrlǝri tǝkzib edir. Belǝ bir görüş olmayıb, olmayacaq da. Fǝlǝstin davası ilǝ bağlı mövqeyimiz aydındır vǝ sabitdir’’.

Әl-Arabiya Әl-Hadath telekanalının dünan yaydığı xǝbǝrdǝ Abdulhǝmit Dibeybenin Әmmanda israilli rǝsmilǝrlǝ görüşdüyü iddia edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə