İraqın paytaxtı Bağdadda dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi qorunan Yaşıl Zonada ABŞ səfirliyinə raket hücumu həyata keçirildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraq mətbuatında İraq təhlükəsizlik rəsmisinə əsaslanan xəbərdə ABŞ səfirliyi binasına yerləşdirilən C-RAM hava hücumundan müdafiə sistemi ilə 2 raketin zərərsizləşdirildiyi bildirilib. Raketlərin Bağdadın cənubundakı əl-Dor bölgəsindən atıldığı bildirilən xəbərdə, hücum nəticəsində maddi ziyan və ya can itkisi olub olmadığına dair məlumat verilməyib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB