2021-ci ildə Brüsseldə ən çox yayılmış kişi adı Məhəmməd adı olub. SİA xəbər verir ki, bu barədə ölkənin Statistika Agentliyinin “Statbel” hesabatında deyilir.
Agentliyin məlumatına görə, Belçika paytaxtında bu adda 13 595 nəfər qeydiyyatdan keçib. Bu rəqəm siyahıda 6098 sayda və ikinci yerdə olan Jan adlı kişilərin sayından iki dəfə çoxdur. Öz növbəsində Məhəmmədin adı ilk üçlüyü bağlayır. Bu adı Brüsseldə 4,8 mindən çox insan daşıyır.
Xatırladaq ki, bundan əlavə, bu ad 2020-ci ildə Belçikada doğulan oğlanlar arasında ən populyar adlar sıralamasında onuncu yeri tutub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB