Covid-19 yoluxmalarının sayı bir həftədə 8 dəfə artıb - YAPONİYADA

Covid-19 yoluxmalarının sayı bir həftədə 8 dəfə artıb - YAPONİYADA

Covid-19-un “Omikron” mutasiyası səbəbi ilə epidemiyada yeni dalğa narahatlığının yaşandığı Yaponiyada son 1 həftədə ölkə daxilində gündəlik yoluxmaların sayı təxminən 8 dəfə artıb. Yaponiya Səhiyyə Nazirliyinin və yerli hökumətlərin məlumatlarına görə, son 24 saat ərzində 18 673 yeni yoluxma halı təsdiqlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 1 milyon 812 min 132-yə yüksələrkən, həyatını itirən 4 nəfərlə ölənlərin sayının 18 min 428-ə çatdığı bildirilib.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, yoluxmaların sürətlə artmasının ölkədə yerləşən ABŞ bazaları ilə bağlı olduğu iddialarını dəyərləndirərək, “ABŞ bazalarında infeksiyaların virusun ətraf ərazilərə yayılmasının səbəblərindən biri olması ehtimalını inkar edə bilmərik” deyərək vəziyyəti ciddiyə aldıqlarını bildiriblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə