Qazaxıstanın TAV Hava Limanları tərəfindən idarə olunan Almatı Hava Limanı lazımi işlər görüldükdən, təhlükəsizlik tədbirləri təmin edildikdən sonra bu səhər uçuşlara açılıb. TAV Hava limanı idarəsindən verilən açıqlamaya görə, Qazaxıstanda baş verən hadisələr zamanı 5 yanvar axşamı uçuşlara bağlanan Almatı Hava Limanı bu gün yenidən uçuşlara açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, birinci mərhələdə hava limanı səhər saat 08:00-dan axşam 21:00-a qədər xidmət göstərəcək.
Almatı hava limanında uçuşların başlaması ilə “Air Astana”, “Flydubai”, “Scat”, “Qazakair” və “Nordwind Airlines” səhər saatlarında uçuşlarını həyata keçirib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB