Livanda tətil edən işçilər yolu bağlayıblar

Livanda tətil edən işçilər yolu bağlayıblar

Livanda nəqliyyat sektoru işçiləri və həmkarlar ittifaqı hökumətin artan yanacaq qiymətlərinə qarşı addım atmaması səbəbi ilə səhər saatlarından etibarən yol blokadası aksiyasına başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, iqtisadi böhranın davam etdiyi Livanda ictimai nəqliyyat işçiləri və həmkarlar ittifaqları mazut artımına və hökumətin vəziyyətlə bağlı hərəkətə keçməməsinə cavab olaraq yolları blokadaya alıblar.

İqtisadi böhran, Livan valyutasının ABŞ dolları qarşısında dəyər itirməsi və hökumətin subsidiyanı ləğv etməsi yanacağın qiymətinin artmasına səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə