"Saturn"un peyki "Mimas" haqqında yeni iddia yaranıb

"Saturn"un peyki "Mimas" haqqında yeni iddia yaranıb

Elm dünyasının kosmosda həyat axtarışları tam sürətlə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər yaşayış üçün əlverişli planet tapmaq üçün suyun izini çəkirlər. Bu kontekstdə NASA, ən yüksək büdcəyə malik kosmos agentliyi olaraq bir çox missiyaları yerinə yetirir. Lakin agentlik hələ də istədiyi nəticəni əldə etməyib.

Koloradodakı Cənub-Qərb Tədqiqat İnstitutunun simulyasiyaları çox maraqlı nəticələr verib. Təxminən 400 kilometr diametrli "Saturn"un peyki Miması tədqiq edən qrup, 32 kilometrlik buz örtüyü ilə örtülmüş peykin gizli okean ola biləcəyi qənaətinə gəlib. Komanda "Saturn"un cazibə qüvvəsinin zaman keçdikcə ayın içini qızdıra biləcəyini və buz təbəqəsinin altında suyun əmələ gəlməsinə səbəb ola biləcəyini fərz edirdi. Riyazi hesablamalara əsaslanan tədqiqatlar haqqında danışan araşdırmanın aparıcı müəllifi Alisa Roden “Ən ağlabatan fərziyyələrdən istifadə edərək, Mimasın okean və buz qabığının qalınlığına malik olacağını gördük. Bu, onu “gizli dünya” kateqoriyasına qoyur” ifadəsini söyləyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə