Karyera seçimi zamanı hansı faktorlar DİQQƏTƏ ALINMALIDIR?- TƏHSİL EKSPERTİ AÇIQLADI
“Gənclərin karyera qurmasında başlıca məsələ onların ümumi təhsil səviyyəsinin göstəriciləridir. Yaxşı olar ki, gənclər, aldıqları ixtisas, ümumiyyətlə, əmək bazarında daha çox tələbatlı olan ixtisas olsun”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

“Əmək bazarında faktiki olaraq o ixtisasın sahibinə daha çox tələbat olsun ki, həmin insanlar rahatlıqla karyeralarını qura bilsinlər. Karyeranı qurmaq üçün əlbəttə ki, hər bir gəncin özünün müəyyən etdiyi yol xəritəsi var. Kimisi təhsil alıb karyera qurur, kimisi də təhsil almadan özünün biznes sahəsi üzrə uğurlu şəxs olur. Lakin müşahidə etmişik ki, daha çox karyera inkişafında hər bir gənc, ali təhsil aldıqdan sonda müvafiq olaraq müəyyən istiqamətlərdə istər dövlət qulluğu, istərsə də şəxsi biznesin yaradılması və s. onlar üçün ali təhsilin alınması vacib faktordur. İlk olaraq əmək bazarı daha çox təftiş olunmalıdır ki, hansı sahələrə tələbat çoxdur. Müasir dövrü götürdükdə hazırkı dövr üçün əmək bazarında informasiya-texnologiya yönümlü insanlar üçün daha çox tələbat var. Maliyyə, mühasibat, eyni zamanda marketinq, menecment sahəsi üzrə tələbat daha çoxdur. Müasir dövr olduğu üçün artıq biz, yeni-yeni ixtisas sahibləri görürük. Bu sahələr bazarlama, sırf internet üzərindən alış-verişə nəzarətdir. Bunların hamısı karyera qurmaq üçün əsas faktorlardır. Qeyd edim ki, insanlar öz potensiallarını qiymətləndirməyi bacarmalıdırlar. Bəzən onlar yalnış istiqamətdə inkişaf etməyi seçirlər. Bu da ondan qaynaqlanır ki, məsələn hər hansı bir ixtisas üzrə uğurlu bir şəxs varsa, gənclər özlərini onun kimi görürlər, amma bu yalnışdır. Çünki hər hansı bir gənc humanitar sahələri daha yaxşı bildiyi halda onun gördüyü şəxs texniki sahələr üzrə uğurlu olub. Həmin şəxsin isə o istiqamətdə inkişaf etməsi mümkün deyil. Ona görə də yaxşı olar ki, insanlar özləri öz potensiallarını kəşf etsinlər. “Biz harada daha çox uğurlu ola bilərik, mənim potensialım mənə hansı imkanları qazandıra bilər” deyə bunları müəyyənləşdirməlidirlər, ondan sonra onlar üçün karyera qurmaq daha asan olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB