İran müvəqqəti səsvermə hüququndan məhrum edilib?

İran müvəqqəti səsvermə hüququndan məhrum edilib?

Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri borclarına görə BMT Baş Assambleyasında səsvermə hüquqlarını müvəqqəti itiriblər.

SİA-nın məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə göndərdiyi məktubda deyilir.

Məktubda həmçinin Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua - Yeni Qvineya, San-Tome və Prinsipi, Somalinin adları qeyd edilib.

Bununla belə, Baş Assambleya ödənişin gecikdirilməsinin üzv-ölkədən asılı olmayan hallara görə baş verdiyini qəbul edərsə, səsverməyə icazə verə bilər. Beləliklə, Komor adaları, San-Tome və Prinsipi, həmçinin Somaliyə 76-cı sessiyanın səsverməsində iştirak etmək hüququ verilib.

Səsvermə hüquqlarını bərpa etmək üçün Venesuela 39,8 milyon dollar, İran 18,4 milyon dollar, Sudan 299 min dollar, Vanuatu isə 194 dollar ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə