Blinken ilə Kuleba Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər
ABŞ-in dövlət katibi Entoni Blinken ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO-Rusiya Şurasının iclasından əvvəl ABŞ-Rusiya Strateji Sabitlik Dialoqunun nəticələrini və Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər.
SİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada Blinken və Kuleba arasında telefon danışığı olduğunu bildirib.
N. Prays “Rusiyanın Ukrayna və onun ətrafında davam edən vacib olmayan hərbi yığınağı ilə bağlı ümumi narahatlıqları qeyd edən nazirlər İsveçrənin Cenevrə şəhərində ABŞ-Rusiya Strateji Sabitlik Dialoqunun iclaslarını və Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclasından əvvəl növbəti addımları müzakirə etdilər"-ifadəsini işlədib.
Blinkenin yanvarın 13-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclası ilə bağlı gözləntilərini də dilə gətirdiyini bildirən Prays Blinkenin gələcək üçün diplomatiyaya dəstəyini bir daha təsdiqlədiyini və Ukraynasız Ukrayna ilə bağlı mühüm danışıqlar olmayacağını söylədiyini vurğulayıb.
“Blinken bir daha vurğulayıb ki, Rusiya münaqişənin gərginləşməsi yolunu seçərsə, ABŞ və onun müttəfiqləri Rusiya iqtisadiyyatına ciddi maliyyətlər gətirməyə, NATO-nun ön cəbhəsindəki müttəfiq dövlətlərindəki mövcudluğunu gücləndirməyə və Ukraynaya müdafiə yardımını artırmağa hazırdır” -deyə N. Prays bildirib.
Dövlət Departamentində keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiyanı Ukraynanı təhdid etməkdə və Avropada sabitliyə zərər verməkdə ittiham edib.
V. Nuland Moskvanı Ukraynaya qarşı hərbi əməliyyatla bağlı xəbərdar edib və Rusiyanın gərginliyi azaltmayacağı təqdirdə ABŞ-ın Avropadakı müttəfiqləri və Rusiyaya ağır iqtisadi cavab verməyə hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



