Aİ ölkələrinə qeyri-qanuni yollarla daxil olanların sayı artıb

Aİ ölkələrinə qeyri-qanuni yollarla daxil olanların sayı artıb

2021-ci ildə Avropa İttifaqı (Aİ) sərhədlərinə qeyri-qanuni yollarla daxil olanların sayı əvvəlki ilə müqayisədə 57 faiz artaraq 195 minə çatıb. SİA bu barədə rus mətbuatına istinad edir.

(Aİ) Sərhəd Təhlükəsizliyi Agentliyi "Frontex" məlumatına görə, Avropa İttifaqı ölkələrinə qeyri-qanuni giriş səyahət məhdudiyyətlərinin yumşaldılması ilə yeni növ koronavirus (Covid-19) epidemiyasından əvvəlki səviyyəni keçib.

Keçən il sərhədləri qanunsuz keçənlərin sayı 2020-ci illə müqayisədə 57 faiz, 2019-cu illə müqayisədə isə 36 faiz artıb.

Keçən il girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi idi. Bu marşrutla 65 mindən çox insan Aİ ölkələrinə daxil olub. Mərkəzi Aralıq dənizindən girişlər 2020-ci ilə müqayisədə 83 faiz artıb. Qərbi Aralıq dənizi regionundan daxilolmalar 6 faiz artaraq 18 mini keçib.
Şərqi Avropadan, xüsusən də Belarusdan Aİ ölkələrinə giriş min faiz artıb. 2021-ci ildə Belarusdan qanunsuz daxil olanların sayı 8 minə yaxın olub.

Aİ sərhədlərinə ən çox qeyri-qanuni yollarla girənlər suriyalılar olub. Suriyalıları tunislilər, mərakeşlilər, əlcəzairlilər və əfqanlar izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə